Burak Yılmazdan maraqlı açıqlamalar

"Bütün Azərbaycan xalqına təşəkkür edirik. Onlar bizim qardaşlarımız və dostlarımızdır".

Sportline.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin kapitanı Burak Yılmaz Avropa Çempionatının A qrupunda Bakıda Uels seçməsinə qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

36 yaşlı hücumçu Bakıda xoş münasibət gördüklərini bildirib: "Gəldiyimiz andan bunu bizə hiss etdiriblər. Sabah öz evimizdə oynayacağıq. İtaliyada səfər matçına çıxmışdıq. Azərbaycan xalqının bizimlə olduğunu bilirik".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq. Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.