"Bursaspor"un avtobusuna basqının görüntüləri yayıldı
Millimizin üzvü Dəniz Yılmazın da formasını geyindiyi “Bursaspor”un son vaxtlar inamsız oyunu klub rəhbərliyi ilə yanaşı azarkeşlərin də səbrini daşırıb. Sportline.az xəbər verir ki, komandanın ardıcıl məğlubiyyətlərindən bezən fanat etirazının kuliminasiya nöqtəsi, Super Liqanın 22-ci turuna təsadüf etmişdi. Kasımpaşaya 0-4 hesablı məğlubiyyətdən sonra evə qayıdan “Bursaspor”un avtobusu basqına məruz qalmışdı. Xəbər verdiyimiz kimi, etirazlarını kəskin şəkildə bildirən bir qrup çılğıın bursalı azarkeş komandanın üzvlərini nalayiq ifadələrə qonaq etməklə kifayətlənməyib. “Bursaspor”un kapitanı Harun Təkin də daxil olmaqla bir neçə futbolçu fiziki təzyiqə də məruz qalıb. Qeyd edək ki, 22 oyundan 28 xal toplayan “Bursaspor” yarış cədvəlinin 11-ci pilləsində qərarlaşıb.