Bütün Azərbaycan xalqını təbrik edirəm - Qurban Qurbanov
"Bütün Azərbaycan xalqını, azarkeşlərimizi, hər kəsi təbrik edirəm. Sevirik ki, ölkəmizi sevindirə bildik". SportLine.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kopenhagen"lə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Belə turnirlərin ölkəmiz üçün əhəmiyyətli olduğunu vurğulayan mütəxəssis, "Belə turnirlərdə çıxış etmək futbolumuz üçün çox önəmlidir. Belə turnirin qrup mərhələsində oynamaq həm bizim, həm də ölkəmiz üçün faydalı olacaq”, - deyə bildirib.
"İdman Azərbaycan" kanalına açıqlamasında isə Q.Qurbanov heyətə yeni futbolçuların cəlb olunacağını bildirib: "“Əlbəttə, mütləq transfer edəcəyik. Sadəcə, bəzi futbolçularla anlaşa bilmirik. Çalışacağıq ki, bir-iki futbolçu transfer edək”.