Cavid İmamverdiyev "Sumqayıt"da

"Sumqayıt" növbəti transferini həyata keçirib.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Sumqayıt" "Neftçi"dən ayrılan Cavid İmamverdiyevi heyətinə qatıb. 27 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, C. İmamverdiyev futbolçu karyerası ərzində "Neftçi", "Karvan" və "Elazığspor" klublarında çıxış edib.

Xatırladaq ki, "Sumqayıt" bu gün "Kəpəz"dən Tural Axundovu da transfer edib.