Ceko MLS-dən gələn təklifi rədd edib
“Fənərbağça”nın bosniyalı futbolçusu Edin Cekonun klubda qalacağı açıqlanıb.
Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, təcrübəli forvard MLS-dən gələn təklifi rədd edib. Ceko “Fənərbağça”da xoşbəxtdir.
Ən azı mövsümün sonuna qədər “Fənərbağça”da çıxış edəcək.
Qeyd edək ki, Edin Ceko bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 22 matçda 13 qol və 2 asistlə yadda qalıb.