Cəlal "Çerno More"yə qarşı oynadı
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.
Sportline.az xəbər verir ki, "Arda" komandası doğma meydanda "Çerno More" klubunu qəbul edib. Tərəflər hərəyə 1 xalla kifayətlənərək meydandan qolsuz heç-heçə ilə ayrılıblar.
3 may
"Arda" - "Çerno More" - 0:0
Yığmamızın futbolçusu matça start heyətində başlayıb və sona qədər meydanda qalıb.
Bu nəticədən sonra "Arda" 45 xalla 3-cü pillədə qərarlaşıb. Çerno More" isə 48 xalla liderliyini qoruyur.