Cəlal oynadı, komandası uduzdu

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, sözügedən komanda 31-ci turda öz meydanında “Botev”lə qarşılaşıb. Matç “Arda”nın məğlubiyyəti ilə başa çatıb – 0:2.

Cəlal oyuna ehtiyatda başlayıb. O, 46-cı dəqiqədə - hesabda 0:1 geridə olduqları vaxt meydana daxil olub.

Bu nəticədən sonra “Arda”  44 xalla 7-ci pillədə qərarlaşıb.