Cəmaləddin Məhəmmədov fəxri kürsüdə

Sərbəst güləşçimiz Cəmaləddin Məhəmmədov "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanıb.

Sportline.az xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan 3-cü yer uğrunda görüşdə rumıniyalı Rares Kintoana qalib gəlib - 12:2.

Bununla da komandamız aktivindəki medalların sayı 14-ə çatıb. Onların 1-i qızıl, 4-ü gümüş, 9-u bürüncdür.