Cengiz Ünder İtaliya nəhənginin hədəfində
Türkiyə millisinin üzvü Cengiz Ünderin yolu "Fənərbağça"dan ayrılır.
Sportline.az xəbər verir ki, baş məşqçi Joze Mourinyonun vidalaşmaq istədiyi 9 futbolçu sırasında onun da adı var.
Bu haqda ntvsport.net saytı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, təcrübəli futbolçu karyerasını yenidən İtaliyada davam etdirməyə yaxındır.
Onunla "Napoli"nin ciddi maraqlandığı bildirilir.
Qeyd edək ki, Cengiz Ünder 2017-2022-ci illərdə İtaliyanın "Roma" klubunun formasını geyinib.