Cengiz Ünder karyerası ilə bağlı tam qərar verib

Türkiyə millisinin üzvü Cengiz Ünder karyerası ilə bağlı tam qərar verib.

Sportline.az xəbər verir ki, təcrübəli cinah oyunçusu mövsümü "Fənərbağça"da keçirəcək.

"Ntvspor.net"in yaydığı məlumata görə, artıq bu məsələ tam həllini tapıb.

Rusiya və Səudiyyə Ərəbistanından aldığı sərfəli təklifləri geri çevirən futbolçu "sarı-lacivərtlər"in uğurları üçün çalışmaq əzmindədir.

Qeyd edək ki, baş məşqçi Joze Mourinyonun planlarında yer almayan Emre Morun isə yaxın günlərdə klubdan ayrılacağı gözlənilir.