Cerrard "Liverpul"da məşqçiliyə başlayır
Stiven Cerrard yenidən "Liverpul"un uğurları üçün çalışacaq. SportLine.az xəbər verir ki, sabiq futbolçu bu dəfə özünü məşqçi kimi sınayacaq. Əfsanəvi yarımmüdafiəçi klubun akademiyasında fəaliyyət göstərəcək.
Qeyd edək ki, S.Cerrard 1998-2015-ci illərdə "Livepul"da çıxış edib. 2015-ci ildən şərəfini qoruduğu ABŞ-ın "Los Anceles Qalaksi" klubu isə 36 yaşlı yarımmüdafiəçinin son klubu olub. S.Cerrard ötən ilin noyabrında futbolçu karyerasını başa vurduğunu açıqlayıb.