Ceykop Remzi "Aston Villa"dan ayrıla bilər

"Aston Villa"nın ingiltərəli futbolçusu Ceykop Remzi bu yay komandasını dəyişə bilər.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl Yunayted" Remzini transfer etmək üçün hərəkətə keçib.

Birmingem klubu 24 yaşlı yarımmüdafiəçi üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, "Nyukasl"ın rəhbərliyi bu məbləği "Aston Villa"ya ödəməyə hazırdır.

Sözü gedən futbolçu ötən mövsümü 45 matçda 4 qol 5 asistlə tamamlayıb.