Ceymi Karagerdən Arteteya atmaca
"Liverpul"un sabiq futbolçusu Ceymi Karager "Arsenal"ın ispaniyalı baş məşqçisi Mikel Arteta haqqında danışıb.
Sportline.az xəbər verir ki, "Sky Sports"a müsahibə verən Ceymi Karager Artetanın "Arsenal"ı heç vaxt çempion edə bilməyəcəyini açıqlayıb.
"Arsenal"ın Arteta ilə Premyer Liqanı heç vaxt qazana bilməz. Bunu hər zaman demişəm və deyəcəmdə. Arteta bunu bacarmaz", - deyə Karager bildirib.
Qeyd edək ki, "Arsenal" 2004-cü ildən bu yana İngiltərə Premyer Liqasının qalibi ola bilmir.