Çalhanoğlu "İnter"də

"Milan"la başa çatan müqaviləsini yeniləməyən Hakan Çalhanoğlu "İnter"ə keçməyə yaxındır.

Sportline.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Türkiyə millisinin üzvü sabah "İnter" üçün tibbi müayinədək keçəcək. Tərəflərin gələn həftə 3 illik rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Çalhanoğlu başa çatan mövsüm 43 matçda 9 qol vurub və 12 qolun ötürməsini verib.