“Çelsi” - “Benfika”: Düşərgələrdəki son vəziyyət

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start verilir.

Sportline.az xəbər verir ki, "Çelsi" "Stemford Bric"də "Benfika" ilə münasibətlərini aydınlaşdıracaq.

Heyətlərə nəzər saldıqda London klubunda itkilərin sayı kifayət qədərdir. Levi Kolvil, Tosin Adarabioyo, Vesley Fofana, Kol Palmer, Dario Essuqo və Liam Delap zədədən əziyət çəkir.

"Benfika"da Aleksander Bah, Manu Silva və Brumanın yoxluğu baş məşqçi Joze Mourinyonu narahat edə bilməz.

Qeyd edək ki, start fiti 23:00-da başlanacaq oyunu almaniyalı Daniel Zibert idarə edəcək.