"Çelsi" "Bornmut"un futbolçusu ilə maraqlanır

"Çelsi" "Bornmut"un ispaniyalı müdafiəçisi Din Hayseni heyətinə qatmağı planlaşdırır.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, London klubu Haysen üçün "Bormunt"la danışıqlara başlayıb.

20 yaşlı futbolçunun transfer qiyməti 45 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Haysen cari mövsüm çıxış etdiyi 30 matçda 2 qol və 1 asistlə yadda qalıb.