"Çelsi" brazilyalı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir

"Çelsi" brazilyalı futbolçu Duqlas Luizi icarə əsasında heyətinə qatmağı düşünür.

Sportline.az xəbər verir ki, bu haqda insayder David Ornşteyn məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi hazırda "Nottingem Forest"də icarə əsasında çıxış edir.

Sözügedən oyunçu müqavilə əsasında "Yuventus"a məxsusdur.

Qeyd edək ki, D.Luizin dəyəri 25 milyon avrodur.