“Çelsi” bu futbolçusuna görə 48 milyon avro tələb edir

“Çelsi” ingiltərəli futbolçusu Karney Çukvuemekanı satmaq qərarına gəlib.

Sportline.az “BBC”yə istinadən xəbər verir ki, London klubu K.Çukvuemeka üçün 48 milyon avro tələb edir.

21 yaşlı futbolçunun “Çelsi” ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Çukvuemeka cari mövsüm 5 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.