"Çelsi" Çalobadan narazıdır

"Çelsi" 26 yaşlı mərkəz müdafiəçisi Trevo Çalobadan narazıdır.

Sportline.az xəbər verir ki, rəhbərlik ingiltərəli stopperi yanvar ayında satmağı planlaşdırır.

Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Qeyd edək ki, T.Çaloba cari mövsüm meydana çıxdığı 17 matçda 2 qol, 1 asistlə yadda qalıb.

Onun dəyəri "Transfermarkt" portalına görə, 32 milyon avrodur.

Çalobanın "Çelsi" ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.