“Çelsi” futbolçusunu satmaq istəmir
"Real Madrid" "Çelsi"nin yarımmüdafiəçisi Moyzes Kaysedonu transfer etməkdə israrlıdır.
Sportline.az xəbər verir ki, London klubunun rəhbərliyi isə 23 yaşlı futbolçunu satmaq niyyətində deyil.
Bu haqda "Give Me Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Kaysedonun transfer qiyməti 100 milyon avrodur.
Ekvadorlu oyunçu cari mövsüm meydana çıxdığı 17 matçda 4 qol, 1 asistlə yadda qalıb.