"Çelsi" futbolçusu ilə "nigah təzələdi"
"Çelsi" fransalı sağ cinah müdafiəçisi Malo Qusto ilə yeni müqavilə bağlayıb.
Sportline.az xəbər verir ki, 22 yaşlı futbolçu London klubu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulmuş sözləşməyə qol çəkib.
Bu haqda jurnalist Fabris Houkins öz "X" hesabında paylaşım edib.
Qeyd edək ki, M.Qusto bu mövsüm meydana çıxdığı 18 matçda 3 məhsuldar ötürmə müəllifi olub.
 
 
                                     
                     
                 
                 
                 
                 
                