“Çelsi” İngiltərə Liqa Kubokunda yarımfinalda

"Çelsi" İngiltərə Liqa Kubokunda yarımfinala yüksəldi.

Sportline.az xəbər verir ki, "Çelsi" Birinci Liqanın hazırkı lideri "Kardiff Siti" ilə qarşılaşmada çətin və maraqlı oyundan sonra qalib gələrək EFL Kubokunda yarımfinala yüksəldi.

Kardiff Şəhər Stadionunda dolu tribunaların dəstəyi ilə çıxış edən ev sahibləri, topa sahib olduqda və müdafiədə möhkəm görünərək Premyer Liqa rəqiblərini qarşılayıb, ilk yarıda qol imkanları da yaratdılar.

"Çelsi"nin baş məşqçisi Enzo Mareska şənbə günü "Everton" üzərində qələbədən sonra heyətini tamamilə dəyişmişdi. Həmin oyun onun üçün çətin keçmiş, oyun sonrası açıqlamasında son 48 saatı “karyerasının ən pis günləri” kimi qiymətləndirmişdi.

Ona görə də Qarnaçonu lazım olan anda meydana buraxmaqla düzgün plan qurdu:

Kardif Siti 1 - 3 Çelsi
A. Qarnaço 57’ 90+3’
Turnball 75’
Neto 82’