Pelleqrini "Çelsi"nin hədəfində

"Çelsi" Joze Mourinyonun istefaya göndərilməsindən sonra boş qalan baş məşqçi postuna yeni namizəd tapıb. SportLine.az "Fox Sport"a istinadən xəbər verir ki, "zadəganlar" mövsümün sonunda "Mançester Siti"dən ayrılacağı gözlənilən Manuel Pelleqrinini komandaya gətirmək niyyətindədir. 

Qeyd edək ki, "Mançester Siti"nin artıq "Bavariya"nın baş məşqçisi Pep Quardiola ilə razılığa gəldiyi bildirilir.