"Çelsi" "İpsviç"ə elçi düşüb
"İpsviç"in ingiltərəli futbolçusu Liam Delap karyerasını "Çelsi"də davam etdirməyə yaxındır.
Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, "Çelsi" mövsümün sonunda Delap üçün "İpsviç"ə rəsmi təklif göndərəcək.
22 yaşlı forvardın transfer qiyməti 30 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Delap bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 10 qol və 2 asistlə yadda qalıb.