"Çelsi" ispaniyalı futbolçu ilə maraqlanır
"Çelsi"nin "Deportivo"nun ispaniyalı futbolçusu Yeremay Hernandez üçün elçi düşüb.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfə 15 milyon avro təklif edib.
Y.Hernandezin "Deportivo" ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, 22 yaşlı futbolçu "Çelsi"də çıxış etmək istəyir.