"Çelsi" İtaliya kulubunun hücumçusunu transfer etmək istəyir
"Çelsi" kulubu İtaliyanın "Napoli" kulubununun hücumçusu Viktor Osimhenlə maraqlanır.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "zadəganlar" 24 yaşlı nigeriyalı hücumçunu heyətinə qatmaqda maraqlıdırlar.
"Napoli" kulubu Osimhenin bu mövsüm uğursuz çıxışından sonra futbolçu ilə yollarını ayırmaq istədiyini bildirib.
Qeyd edək ki, Vikto Osimhen bu mövsüm "Napoli" forması ilə çıxdığı 16 oyunda 8 qol, 3 asistlə yadda qalıb.