"Çelsi" "Kruzeyro"ya elçi düşüb

"Çelsi" "Kruzeyro"nun futbolçusu Felipe Moraisi transfer etməyə cəhd göstərir.

Sportline.az xəbər verir ki, bu haqda "Sport Witness" nəşri məlumat yayıb.

"Zadəganlar" bu keçid üçün qarşı tərəfə 8.5 milyon avro təklif edib.

Qeyd edək ki, 17 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm çıxış etdiyi 19 oyunda 2 qol, 1 asistlə yadda qalıb.