"Çelsi" "Mançester Yunayted"lə razılaşdı
“Mançester Yunayted” və “Çelsi” Alexandro Qarnaço üçün 40 milyon funt sterlinq dəyərində razılaşmanı yekunlaşdırmağa yaxındır.
Sportline.az xəbər verir ki, Argentina yığmasının üzvünə Ruben Amorimin rəhbərliyi altında “Old Trafford”da gələcəyinin olmadığı bildirilib.
Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
“Mançester Yunayted” ilk mərhələdə futbolçunu təxminən “Arsenal”ın Noni Maduake üçün ödədiyi 50 milyon funt civarında qiymətləndirirdi. Lakin “Çelsi” oyunçunun mövcud vəziyyətini nəzərə alaraq rəqibini məbləği aşağı salmağa razı sala bilib.
London klubu həm Premyer Liqadakı təcrübəsinə, həm də uzunmüddətli potensialına görə Qarnaçoya sərmayə qoymağa hazırdır. Hətta futbolçunun xarakteri ilə bağlı geniş araşdırma aparılıb və nəticələr “zadəganlar”ı qane edib.
21 yaşlı cinah oyunçusu isə müntəzəm oynamaqla gələn yay keçiriləcək Dünya Çempionatında Argentina millisinin heyətinə düşmək şansını artırmaq istəyir.