"Çelsi" oyunçusunu satmayacaq

"Çelsi" ekvadorlu yarımmüdafiəçisi Moyzes Kaysedonu satmaq niyyətində deyil.

Sportline.az xəbər verir ki, rəhbərlik 24 yaşlı futbolçunun klubun gələcəyi hesab edir.

Bu haqda "Sky Sports" məlumat yayıb.

Qeyd edək ki, M.Kaysedonun London klubu ilə müqaviləsi 2031-ci ilin iyun ayına qədərdir.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 21 matçda 4 qol, 2 asistlə yadda qalıb.