“Çelsi” “Real Madrid”ə 80 milyon avro ödəməyə hazırdır

"Çelsi"nin yeni transfer hədəfi bəlli olub.

Sportline.az xəbər verir ki, "Real Madrid"in fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa London klubunun transfer siyahısındadır.

Bu haqda "E-Noticies" nəşri məlumat yayıb.

İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 80 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, E.Kamavinqa cari mövsüm meydana çıxdığı 7 matçda 1 qolla yadda qalıb.