"Çelsi" "Real"ın təklifini rədd edib
"Real Madrid" argentinalı yarımmüdafiəçi üçün "Çelsi" təklif göndərib.
Sportline.az xəbər verir ki, London klubu bu təklifi rədd edib. "Zadəganlar" 24 yaşlı oyunçunu satmaq niyyətində deyil.
Bu haqda jurnalist Aaron Ramiro öz "X" hesabında paylaşım edib.
Qeyd edək ki, Enzo Fernandez cari mövsüm meydana çıxdığı 23 oyunda 5 qol, 4 məhsuldar ötürmə müəllifi olub.