“Çelsi” sabiq futbolçusunu istəyir

“Çelsi” “Real Madrid”in stopperi Antonio Rudigeri transfer etmək üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, London klubu almaniyalı futbolçunu gələn ilin yayında azad agent kimi heyətinə qatmaq istəyir.

Bu haqda “Marca” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Rudiger 2017-2022-ci illər ərzində “Çelsi”də çıxış edib.