"Çelsi" və "Arsenal" argentinalı futbolçu ilə maraqlanır

"Komo"nun argentinalı futbolçusu Niko Paz İngiltərə nəhənglərinin maraq dairəsindədir.

Sportline.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" və "Arsenal" 21 yaşlı hücumeyilli yarımmüdafiəçini transfer etmək niyyətindədir.

N.Pazın dəyəri "Transfermarkt" portalına görə, 55 milyon avrodur.

Qeyd edək ki, sözü gedən oyunçu bu mövsüm meydana çıxdığı 8 matçda 4 qol, 4 məhsuldar ötürmə müəllifi olub.