“Çelsi” yeni hücumçu axtarışına çıxıb

“Yuventus”un serbiyalı hücumçusu Duşan Vlahoviç “Çelsi”nin maraq dairəsinə düşüb.

Sportline.az “Times Sport”a istinadən xəbər verir ki, London klubu D.Vlahoviç üçün “Yuventus”la danışıqlara başlayıb.

Turin klubu Vlahoviçi satmağa hazırdır.

“Yuventus”un rəhbərliyi 24 yaşlı futbolçu üçün 60 milyon avro tələb edir.

Qeyd edək ki, “Çelsi” Vlahoviçin transferini bu həftə reallaşdırmaq niyyətindədir.