"Çelsi" yeni qapıçı axtarışına çıxıb
"Roma"nın serbiyalı qapıçısı Mayl Silar "Çelsi"nin transfer hədəfinə çevrilib.
Sportline.az "Tutto Mercato Web" saytına istinadən xəbər verir ki, "Çelsi" mövsümün sonunda Mayl Silar üçün "Roma"ya rəsmi təklif göndərəcək.
London klubunun rəhbərliyi bu keçid üçün qarşı tərəfə 20 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, 25 yaşlı kiperin "Roma" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.