"Çelsi"də ayrılıq gözlənilir

"Çelsi"də etimadı doğrultmayan Liam Delap yayda komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, "Nyukasl Yunayted" və "Everton" klubları 23 yaşlı forvardı heyətinə qatmaqda israrlıdır.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, L.Delap cari mövsüm meydana çıxdığı 22 matçda 2 qol, 1 asistlə yadda qalıb.