“Çelsi”də ayrılıq yaşanacaq
"Çelsi"nin stopperi Aksel Disasi yanvar ayında klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Santi Aouna məlumat yayıb.
London klubunun rəhbərliyi 27 yaşlı mərkəz müdafiəçisinin çıxışından narazıdır.
Qeyd edək ki, Disasinin klubla sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.