“Çelsi”dən 100 milyon avroluq transfer

"Çelsi" yanvar ayında heyətə yeni futbolçu transfer etməyi düşünür.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Komo"nun argentinalı hücumameyilli yarımmüdafiəçisi Niko Paz London klubunun maraq dairəsindədir.

İngiltərə təmsilçisi bu keçid üçün 100 milyon avro ödəmək niyyətindədir.

Qeyd edək ki, N.Paz "Real Madrid"in yetirməsidir.