“Çelsi”dən 132 milyon avroluq transfer
"Çelsi" klubu gələn ilin yayında tarixinin rekord transferinə hazırlaşır.
Sportline.az xəbər verir ki, söhbət "Atletiko"nun forvardı Xuliyan Alvaresdən gedir.
"Fichajes" nəşrinin məlumatına əsasən, London klubu 25 yaşlı futbolçu üçün 132 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, X.Alvarez bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 9 qol, 5 asistlə yadda qalıb.