"Çelsi"dən Qarnaço həmləsi
"Çelsi" "Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço ilə yaxından maraqlanır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Simon Fillips öz şəxsi "X" hesabında paylaşım edib.
Qarnaçonun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, London klubu bu məbləği "Mançester Yunayted"ə ödəməyə hazırdır.
A.Qarnaço bu mövsüm çıxış etdiyi 43 matçda 8 qol və 7 asistlə yadda qalıb.