"Çelsi"ni "Fulhem"ə dəyişir

Ötən mövsümü "Arsenal"da icarə əsasında keçirən ingiltərəli futbolçu Rahim Sterlinq "Fulhem" klubununda təklif alıb.

Sportline.az "Mirror Football"a istinadən xəbər verir ki, futbolçu "Çelsi"dən ayrılmaq fikrində qətidir.

Bu səbəbdən "Fulhem"in təklifinə müsbət cavab verib.

Lakin son qərarı "Çelsi" klubunun özü verəcək.

Qeyd edək ki, Sterlinqin "zadəganlar"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.