"Çelsi"nin futbolçusu İstanbul nəhənginə keçə bilər

"Çelsi"nin oyunçusu Rahim Sterlinq karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, "Beşiktaş" ingiltərəli futbolçunun transferi üçün London klubu ilə anlaşmaya gəlib. Bu barədə "Takvim" nəşri xəbər yayıb.

30 yaşlı hücumçu "qara qartallar"ın maaş təklifinə müsbət cavab versə, onunla 2+1 illik müqavilə bağlanacaq.

Qeyd edək ki, Rahim Sterlinq son mövsümü icarə əsasında "Arsenal"da keçirmişdi.