“Çelsi”nin gözü fransalı futbolçunun üzərindədir

PSJ-nin fransalı futbolçusu Randal Kolo Muani karyerasını “Çelsi”də davam etdirə bilər.

Sportline.az “Team Talk”a istinadən xəbər verir ki, “Çelsi” Kolo Muanini transfer etmək üçün hərəkətə keçib.

London klubunun rəhbərliyi K.Muani üçün PSJ-yə 50 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 26 yaşlı futbolçunun Fransa klubu ilə müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.