"Çelsi"nin rəhbərliyi brazilyalı ulduzu klubda görmək istəyir

"Real Madrid"in brazilyalı ulduz futbolçusu Vinisius Junior "Çelsi"nin transfer siyahısında yer alır.

Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, 25 yaşlı sol cinah vingerinin transfer qiyməti 180 milyon avrodur.

Sözügedən oyunçunun "los blankos"la sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, V.Junior bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 matçda 5 qol, 8 asistlə yadda qalıb.