Çempionat bərpa olundu, futbolçumuz qələbəyə sevindi

Koronavirus pandemiyasına görə iki aydır dayandırılan Çexiya çempionatlarında 2019/20 mövsümü bu gün bərpa olunub.

Sportline.az xəbər verir ki, Azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun çıxış etdiyi  “Viktoriya” (Jijkov) 2-ci liqanın 18-ci turunda səfərdə “Vitkoviçe” ilə qarşılaşıb. Jijkov klubu fasilədən sonrakı ilk oyunundan qələbə ilə ayrılıb – 1:0.

Fərid start heyətdə meydana çıxıb və 90+2-ci dəqiqədə əvəzlənib. Samir isə oyunun iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Viktoriya” 17 oyuna 29 xalla 6-cı pillədə qərarlaşıb.