Çempionat ləğv edildi, klublar mükafatsız qaldı

Meksika Liqasında 2019/2020 mövsümü koronavirus səbəbindən ləğv olunduğunu rəsmən açıqlayıb.

Sportline.az liqanın saytına istinadən xəbər verir ki, bu mövsüm çempionun elan edilməyəcəyi vurğulanıb. Ölkə çempionatının ilk iki pilləsində yer alan "Krus Asul" və "Leon" klublarının növbəti mövsüm CONCACAF Çempionlar Liqasında mübarizə aparacağı bildirilib.

Qeyd edək ki, bundan əvvəl Meksika Liqasında klubların 5 mövsüm müddətində aşağı liqaya göndərilməməsinə qərar verildiyi açıqlanmışdı.