Çempionatı davam edən yeganə Avropa ölkəsində koronavirus

Belarus I liqasında 4-cü turunun "Qomel" - "Arsenal" oyunu təxirə salınıb.

Sportline.az yerli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna qonaq komandanın futbolçularından birində koronavirus infeksiyasının aşkarlanması səbəb olub.

Mayın 10-da keçirilməli olan qarşılaşmanın yeni tarixi barədə açıqlama verilməyib.

Qeyd edək ki, koronavirus pandemiyasına baxmayaraq, Belarus hazırda çempionatı davam edən yeganə Avropa ölkəsidir.