"Atletiko" "Barsa"ya, "Benfika" "Bavariya"ya rəqib oldu
Çempionlar Liqasında 1/4 finalın püşkü atılıb. SportLine.az nəticələri diqqətinizə çatdırır:
“Volfsburq” – “Real Madrid”
“Bavariya” – “Benfika”
“Barselona” – “Atletiko”
PSJ – “Mançester Siti”
***
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılacaq. SportLine.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil qərargahında keçiriləcək tədbirdə 8 komanda rəqibini tanıyacaq.
Yarışda mübarizəni bu komandalar davam etdirir:
"Atletiko" (Madrid, İspaniya), "Benfika" (Portuqaliya), "Mançester Siti" (İngiltərə), PSJ (Fransa), "Real" (Madrid, İspaniya), "Volfsburq" (Almaniya), "Barselona" (İspaniya) və "Bavariya" (Almaniya).
Qeyd edək ki, mərasim Bakı vaxtı ilə 15:00-da başlayacaq. Çempionlar Liqasında 1/4 finalın oyunları 5/6 və 12/13 aprel tarixlərində keçiriləcək.