Çempionlar Liqası: "Araz-Naxçıvan" həlledici oyuna çıxır
Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində son oyununu keçirəcək.
Sportline.az xəbər verir ki, komanda meydan sahibi "Riqa" ilə qarşılaşacaq. İlk 2 oyunu cəzalı olduğuna görə buraxan Felipinyo bu dəfə "Araz-Naxçıvan"a kömək edə biləcək.
Oyunu 3 ölkədən olan referilər idarə edəcək. "Araz-Naxçıvan" rəqibini üstələyəcəyi təqdirdə qrup lideri kimi növbəti mərhələyə adlayacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” qrupdakı ilk oyununda “İstanbul Şişli”yə 9:1 hesabı ilə qalib gəlib, 2-ci matçda isə Almaniya çempionu "Yahn Regensburq"u üstələyib - 5:0.
18:00. “Riqa” (Latviya) – “Araz-Naxçıvan”
Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Martina Piccolo (İtaliya), Georgios Kozakos (Kipr)
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Salaspils İdman Arenası.