Çempionlar Liqası: "Araz-Naxçıvan" üçün son oyun
Bu gün "Araz-Naxçıvan" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirəcək.
Sportline.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı sonuncu görüşündə Bosniya və Herseqovina təmsilçisi “Mostar”la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da strat götürəcək.
Qeyd edək ki, qrupda keçirdiyi ilk iki oyunda da uduzan "Araz-Naxçıvan" növbəti mərhələyə çıxmaq şanslarını itirib.
Çempionlar Liqası
Əsas mərhələ, III tur
“Mostar” (Bosniya və Herseqovina) – “Araz-Naxçıvan”
29 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 22:00
Hakimlər: Jan Kresta (Çexiya), Lukaş Peşko (Slovakiya), Josip Dujmiç (Xorvatiya)
Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)
UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)